Вход на сайт

Просмотр новости

Найдите то, что Вас интересует

Meksika Prezidenti: ABŞ-yə qarşı cavab tarif və qeyri-tarif tədbirləri tətbiq ediləcək

Дата публикации: 04-03-2025 15:50:10

Meksika hökuməti ABŞ-nin gömrük rüsumlarına vergilər bağlı və bazar günü elan ediləcək digər tədbirlərlə cavab verəcək.

Основное содержимое страницы с новостью.

Meksika hökuməti ABŞ-nin gömrük rüsumlarına bazar günü elan ediləcək digər tədbirlərlə cavab verəcək.

“Report” xəbər verir ki, bu barədə Meksika Prezident Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün açıq şəkildə bildirmək istəyirəm ki, biz həmişə təklif etdiyimiz kimi, suverenliyimizə hörmət çərçivəsində danışıqlar yolu ilə həll yolu axtaracağıq, lakin ABŞ-nin qəbul etdiyi birtərəfli qərar ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərə təsir edir və xalqımıza təsir edir. Ona görə də biz tarif və qeyri-tarif tədbirləri ilə cavab vermək qərarına gəldik, gələn bazar günü bunu ictimaiyyətə açıqlayacağam”, - o deyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Administrasiyasının Kanada və Meksikadan idxal edilən demək olar bütün mallara 25 % gömrük rüsumu tətbiq edəcəyi, həmçinin Çindən gələn mallara da rüsumları artıracağı barədə məlumat yayılmışdı.

Схожие новости

#Наименование новостиТональностьИнформативностьДата публикации
1Эрдоган: Турция видит в Сербии ключевую страну для обеспечения мира на Балканах0020-08-2023

Классификация: . Схожих патентов: 0. Схожая новость: 1. Тональность: 0. Информативность: 0. Источник: report.az.